RUSİYA

Putin: Dünyada hakimiyyətdə olanlar heç bir qayda-qanuna məhəl qoymadan yaşamaq istəyirlər

Putinin "Valday" Diskussiya Klubunun illik plenar iclasında qlobal günlərin nə etmək istədiklərinə aydınlıq gətirib.
Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Dünyada hakimiyyətdə olanlar heç bir qayda-qanuna məhəl qoymadan yaşamaq istəyirlər.
Bu sözləri "Valday" Diskussiya Klubunun illik plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin dünyadakı vəziyyətdən danışarkən deyib.
Onun sözlərinə görə, dünyada baş verən dəyişikliklər, dünya institutlarının deqradasiyası riskləri, kollektiv təhlükəsizlik prinsiplərinin aşınması, beynəlxalq hüququn qondarma qaydalarla əvəzlənməsi barədə dəfələrlə deyilib.
"Demək istəyirəm ki, bunu kimin icad etdiyi aydındır, amma bəlkə də, bu da qeyri-dəqiqdir. Ümumiyyətlə, bu qaydaları kim icad edib, bu qaydalar nəyə əsaslanır, bu qaydaların içərisində nələr var, bəlli deyil. Görünür, yalnız bir qaydanı təsdiq etmək cəhdi var ki, indi hakimiyyətdə olanlar hakimiyyətdən danışsınlar, mən qlobal gücdən danışıram, ümumiyyətlə, heç bir qayda-qanunsuz yaşamaq imkanı əldə etsinlər və onlara hər şeyi etməyə icazə verilsin, hər şey alınsın, nə edirlərsə, etsinlər” , - Putin Valday Forumunun plenar iclasında deyib.
Qeyd edək ki, “Valday” klubunun builki toplantı oktyabrın 24-dən 27-dək keçirilir və “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusuna həsr olunub.
RUSİYA
Putin Qərbi qanlı, təhlükəli və çirkin oyun oynamaqda günahlandırdı