BAKI, 27 oktyabr — Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Səfir bu barədə "Twitter"də yazıb.
O, H.Hacıyevlə ikitərəfli və regional məsələlər üzrə fikir mübadiəsi aparmaqdan məmnunluğunu bildirib.
Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu gün isə Ankarada Türkiyənin milli müdafiə naziri Hulusi Akar israilli həmkarı Benni Qantzla görüşüb.