SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev İsrailin səfiri ilə görüşüb

© Photo : Twitter / George DeekHikmət Hacıyev və Corc Dik
Hikmət Hacıyev və Corc Dik - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Səfir ikitərəfli və regional məsələlər üzrə fikir mübadiəsi aparmaqdan məmnunluğunu bildirib.
BAKI, 27 oktyabr — Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Səfir bu barədə "Twitter"də yazıb.
O, H.Hacıyevlə ikitərəfli və regional məsələlər üzrə fikir mübadiəsi aparmaqdan məmnunluğunu bildirib.
Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu gün isə Ankarada Türkiyənin milli müdafiə naziri Hulusi Akar israilli həmkarı Benni Qantzla görüşüb.
Xəbər lenti
0