XV Avrasiya İqtisadi Forumu

Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyəti artacaq - Reşetnikov

Bundan əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların 15 milyon tona çatdırılacağını bildirib.
Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Şimal-Cənub və Şərq-Qərb marşrutları üzrə tədarükün artımını nəzərə alsaq, Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyəti daha da artacaq. Bu barədə cümə axşamı Bakıda XV Verona Avrasiya İqtisadi Forumu zamanı Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib.
“Ümumiyyətlə, Şimal-Cənub marşrutları üzrə və Şərq-Qərb istiqamətində tədarükün gözlənilən artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyəti artacaq”, deyə rusiyalı nazir bildirib.
Bakıda XV Verona Avrasiya İqtisadi Forumu
Bundan əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların 15 milyon tona çatdırılacağını bildirib.
Onun sözlərinə görə, iştirakçı ölkələr hazırkı mərhələdə dəhlizin zəif hissələrini müəyyən etmək üçün tədbirlər görür.