QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Ermənistan parlamentində sülh müqaviləsindən danışdı

Ermənistan baş anziri bildirib ki, Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyinə razılaşdıq, o zaman bu, real ola bilər, çünki bu sərhədlər məlumdur.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. "Bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirik". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Mən istərdim ki, sülh müqaviləsi bu ilin sonuna kimi imzalansın. Bu nə dərəcədə realdır? Nəzərə alsaq ki, Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyinə razılaşdıq, o zaman bu, real ola bilər, çünki bu sərhədlər məlumdur", - deyə Paşinyan Ermənistan parlamentinin hökumət saatında deyib.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı bir mühüm məqam var:

"Ümid edirik ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər tamamlanacaq. Bu sərhədlər məlumdur".

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Paşinyan (sağda) Soçidə üçtərəfli danışıqların yekunlarına dair birgə bəyanat zamanı, arxiv şəkli
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiyada üçtərəfli görüş dəvət edib. Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.