DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İndoneziyada G20-də kibertəhlükəsizliyi necə təmin edəcəklərini açıqlayıblar

Putranın sözlərinə görə, sammit keçirilməzdən əvvəl və sonra agentlik tərəfindən mühafizə olunacaq.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. İndoneziyanın Milli Kibertəhlükəsizlik Agentliyi bildirib ki, G20 sammitini tədbirin bütün mərhələlərində kibertəhlükələrdən qoruyacaq. Bu barədə "ANTARA" agentliyi məlumat yayıb.
"Biz ötən ilin iyulunda sammit üçün təhlükəsiz rəqəmsal mühitin hazırlanması əməliyyatına başlamışıq", - deyə Kibertəhlükəsizlik agentliyinin mətbuat katibi Ariandi Putra mətbuat konfransında deyib.
Putra qeyd edib ki, agentlik öz fəaliyyətini İndoneziya Milli Polisi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, həmçinin ölkənin xüsusi xidmət orqanları və bir sıra internet provayderləri ilə əlaqələndirir.
Spiker həmçinin G20 sammitində agentliyin kibertəhlükəsizliklə bağlı atdığı addımlardan da danışıb. Putranın sözlərinə görə, sammit keçirilməzdən əvvəl və sonra agentlik tərəfindən mühafizə olunacaq.
Birincisi, G20 sammitindən əvvəl agentlik informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin auditini aparacaq, nəqliyyat axınındakı anomaliyaları izləyəcək və xüsusi diqqət yetirilməli olan potensial kibertəhlükələri nəzərətdə saxlayacaq.
Bundan sonra artıq G20 sammiti zamanı agentlik hadisələr barədə məlumatları izləyəcək, daxil olan anomaliyalar haqqında gələn siqnallara nəzarət edəcək və "rəqəmsal kriminalistika ilə məşğul olacaq".
Nəhayət, sammitin sonunda agentlik əməkdaşları mümkün kiberhücumlara cavab verməyə davam edəcəklər.
"Tədbir keçirildikdən sonra da biz heç yerə getməyəcəyik. Biz yenə də kibertəhlükəsizlik zəifliklərinin müəyyənləşdirilməsi ilə məşğul olacağıq", - deyə Putra vurğulayıb.
G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək.