BAKI, 26 oktyabr - Sputnik. Bakıdakı "Rus Evi"ndə süni intellekt, əlavə reallıq texnologiyaları və təhsil innovasiyaları sahəsində unikal həllər hazırlayan Rusiya şirkətlərinin onlayn təqdimatı keçirilib. Bu barədə qurumun “VKontakte” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Tədbir Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və Bakıdakı Rus Evinin dəstəyi ilə Moskva İnnovasiyalar Agentliyi tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycanın dövlət strukturlarının, biznes ictimaiyyətinin və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Rus Evinin rəhbəri İrek Zinnurov, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Moskva İnnovasiyalar Agentliyinin İnnovasiya Həllərinin Pilot Test Proqramının rəhbəri Svetlana Boqaçeva-Urnışeva dinləyicilər qarşısında çıxış ediblər.
Tədbirdə iştirak edən Rusiya şirkətləri öz təqdimatlarını təqdim edib, iştirakçıların suallarını cavablandırıblar.