BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Çempionlar Liqası matçında erməni təxribatı ilə əlaqədar Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) etiraz məktubu göndərəcək.
Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Almaniyanın eyniadlı şəhərində keçirilən "RB Leypsiq" (Almaniya) və "Real Madrid" (İspaniya) klubları arasında baş tutan oyunda bir qrup azarkeş mövcud olmayan qondarma "DQR"in bayrağını asıblar.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bildirib ki, AFFA erməni təxribatı ilə bağlı UEFA-ya etiraz etmək niyyətindədir. Hazırda assosiasiya Avropa futbol strukturuna hüquqi müraciət üçün sənədlər toplayır.
Onu da əlavə edək ki, "Leyptsiq" – " Real Madrid " klubları arasında baş tutan matç ev sahibi komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.