BAKI, 25 oktyabr - Sputnik. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq “bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam edir.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı bildirib.
“Ermənistanın təxribatlarından əl çəkməsi, diqqəti sülh danışıqlarına və Azərbaycanla barışıq çərçivəsində əməkdaşlığa yönəltməsi, sülh əlini tutması zəruridir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşüb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən “Saha Expo" Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.