RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya BMT-də Kiyevin "çirkli bomba" hazırlaması məsələsini qaldıracaq

RF xarici işlər naziri bildirib ki, bu məlumatlar yenidən yoxlanılıb və boş ittiham deyil.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Rusiya BMT-də Kiyevin "çirkli bomba" ilə təxribat hazırlaması məsələsini qaldırmaq niyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, bu məlumatlar yenidən yoxlanılıb və boş ittiham deyil.
Moskvanın ixtiyarında Ukraynada aşağı rentabelli nüvə silahı yaratmaq texnologiyasına malik qurumların və elmi institutların siyahısı var.
Bundan əvvəl məlum olub ki, Kiyev Rusiya Federasiyasını kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək üçün "çirkli bomba"nın partladılması ilə təxribat törətməyi planlaşdırır. Ukraynanın Joltıe Vodı şəhərindəki zavod və Kiyev Nüvə Tədqiqatları İnstitutu artıq onun istehsalı üçün tapşırıq alıblar.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da öz növbəsində bu məlumatı qərbli həmkarlarına çatdırıb.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı bildirib ki, Qərbin Kiyevin "çirkli bomba"dan istifadə etmək planları ilə bağlı Rusiyanın məlumatlarına etibar etməməsi belə bir təhlükənin olmadığı anlamına gəlmir.