BAKI, 24 oktyabr - Sputnik. Payız ağac əkini mövsümündə ölkə ərazisinin bütün regionlarında ağacəkmə tədbirləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyevin Azərtac-a verdiyi məlumata görə, əkin mövsümü çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri aparılır:
"Payız əkin mövsümü başlayandan bu günədək Şamaxı, Tovuz, Ağcabədi, Sabirabad və digər Regional Meşə Təsərrüfatı mərkəzlərinin meşə fondu torpaqlarının ümumilikdə 30 hektar sahəsində 14 960 ədəd müxtəlif cinsli ağac əkilib, 21 hektar sahədə isə 1758 kiloqram palıd, vələs və ağcaqayın toxumu səpilib".
V.Fərzəliyev ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri genişmiqyaslı payız əkin kampaniyasında yaxından iştiraka dəvət edib.
Xatırladaq ki, payız ağac əkininə oktyabr ayının 17-dən start verilib.