SƏHİYYƏ

Xərçəng xəstəliyi ilə mübarizədə daha bir uğur əldə olundu

Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Amerika və Hindistan alimləri çətin məhv edilən şişləri yox etmək üçün radioaktiv zülal əsaslı gel təqdim ediblər. Tədqiqatın nəticələri “Nature Biomedical Engineering”də dərc olunub.
Qamma radiasiyaya əsaslanan və ya sürətlənmiş hissəciklərdən (protonlar, neytronlar və başqaları) istifadə edilən radioterapiyanın mövcud üsulları xərçəng xəstəliyi şişlərinə, lakin, eyni zamanda, sağlam hüceyrələrə mənfi təsir göstərir. Yeni kəşf qonşu toxumalara nüfuz etmədən neoplazmalara nöqtəli təsir göstərməyə imkan verəcək.
Gel zülal-elastindən, həmçinin yod-131-dən ibarətdir. Birləşmənin qeyri-sabit nüvələri parçalanma zamanı beta radiasiya yayır, bu da qamma şüaları kimi dərinliyə nüfuz etmir.
Bundan əlavə, elastin otaq temperaturunda maye olaraq qalır, lakin bədənə daxil edildikdən sonra qızdırıldıqda gelə bənzər bir toxuma alır.
Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib.
AZƏRTAC