BAKI, 23 oktyabr - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornü ilə telefon danışığında Kiyevin “çirkli bomba”nın mümkün istifadəsindən narahatlığını bildirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"2022-ci il oktyabrın 23-də Şoyqu Lekornüyə Ukraynanın “çirkli bomba”dan istifadə etməklə mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb, - - deyə nazirliyin məlumatında bildirilir.
Daha sonra bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri türkiyəli həmkarı Hulusi Akarla da telefonla danışıb. Söhbət zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Rusiya müdafiə departamentinin rəhbəri qeyd edib ki, o, Ukraynanın “çirkli bomba”dan istifadə edərək təxribat törətmək ehtimalından narahatdır.
Xatırladaq ki, oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunlarının, hərbi birləşmələrinin və orqanlarının ehtiyaclarını ödəmək üçün Nazirlər Kabineti yanında Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.
Xüsusi hərbi əməliyyat zamanı federal icra hakimiyyəti orqanlarının və Rusiya Federasiyasının təsis qurumlarının icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsini gücləndirmək məqsədi ilə yaradılıb.