İDMAN

Azərbaycanın qadın boksçuları Avropa çempionatında uğurla çıxış ediblər

Avropa çempionatında Aynur Rzayeva (+81 kq) ikinci, Anaxanım İsmayılova (50 kq) isə üçüncü yeri tutub.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Azərbaycanın qadın boksçuları Monteneqroda keçirilən Avropa çempionatında iki medal qazanıblar.
Budva şəhərində keçirilən yarışlarda 30 ölkədən 154 idmançı iştirak edib. Azərbaycan komandasının təmsilçiləri bir gümüş və bir bürünc medal qazanıblar.
Aynur Rzayeva (+81 kq) finalda ukraynalı Mariya Lovçinskayaya məğlub olmaqla Avropa çempionatında ikinci, Anaxanım İsmayılova (50 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, komandamız bu axşam Bakıya qayıdacaq.
Xatırladaq ki, oktyabrın əvvəlində İtaliyada yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilib. Azərbaycan idmançıları üç medal qazanıblar. Emili Rzayeva (70 kq) qızıl, Nərmin Əlizadə (48 kq) gümüş qazanıb. Bürünc medalı Aynur Mikaylova (50 kq) qazanıb.