CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uzunömürlü ailələri niyə təbliğ etmək lazımdır

Yaşlı insanlar, arxiv şəkli
Həmsöhbətimiz bildirir ki, ailə institutunu möhkəmləndirmək üçün öncə hədəflər müəyyənləşdirilməlidir.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Azərbaycanda uzunömürlü ailələrin sayı çoxdur. Nümunə olmaq üçün belə ailələri təbliğ etmək lazımdır. Çünki biz nə qədər uğurlu ailə modellərini təbliğ etsək, bir o qədər də ailələrimizin möhkəmliyinə, uzunömürlülüyünə xidmət etmiş olarıq. Bu səbəbdən də media, televiziyalar vasitəsilə davamlı olaraq bu cür ailələri təbliğ etməliyik.
Bunu Sputnik Azərbaycan-açıqlamasında gender məsələləri üzrə ekspert, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi Aynur Veysəlova deyib.
O fikrini əsaslandıraraq maraqlı bir nümunə çəkir: “Avropada belə bir eksperiment aparmışdılar ki, 3 ay müddətində heç bir media orqanı cinayət xəbərləri vermirdi. Əldə olunan nəticə də müsbət oldu, cinayət, ailə-məişət zorakılıqları azaldı. Bu vəziyyət boşanmaların da sayına müsbət təsir etdi”.
“Yəni, bu o deməkdir ki, biz nə qədər yaxşı xəbərlər yazıq, daha müsbət, pozitiv hadisələr görəcəyik. Bu istiqamətdə maarifləndirmə işlərini daha da genişləndirməliyik”, - deyə həmsöhbətimiz əlavə edib.
Həmsöhbətimiz bildirir ki, ailə institutunu möhkəmləndirmək üçün öncə hədəflər müəyyənləşdirilməlidir.