HADİSƏ

Azərbaycanda yol qəzasına düşən Binəli Yıldırım əməliyyat olunub

Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım İstanbulda yerləşdirildiyi xəstəxanada əməliyyat olunub.
APA-nın xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd edək ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlar daha sonra Türkiyəyə yola salınıblar.
SİYASƏT
Binəli Yıldırım, mühafizəçisi və Şamil Ayrım Türkiyəyə yola salınıb