DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Liz Trass istefa verib

Trass açıqlamasında mandatını yerinə yetirə bilməyəcəyini etiraf edib.
Sputnik
BAKI, 20 oktyabr - Sputnik. Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.
APA xəbər verir ki, Liz Trass vəzifədə olduğu altı həftədən sonra Baş nazir postunu tərk edib.
Trass açıqlamasında mandatını yerinə yetirə bilməyəcəyini etiraf edib. O, Kral III Çarlzla da danışdığını, qərarı barədə ona məlumat verdiyini bildirib.
Liz Trass sentyabrın 5-də 81 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.
O, bu postda Boris Consonu əvəz edib.
DÜNYA XƏBƏRLƏRİ
Liz Trass Britaniyanın yeni Baş naziridir