Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 20 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Atəşə tutulma oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək baş verib.
Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Müdafiə Nazirliyi təkziblə çıxış edib