BAKI, 19 oktyabr — Sputnik. "Edillidə tapılan kütləvi məzarlıqla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim olunub".
Bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov bildirib. Onun sözlərinə görə, ancaq hələ nəticə gözləmək tezdir.
Xatırladaq ki, bu ilin oktyabr ayının 4-də Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.