İDMAN

Yunan-Roma güləşçilərimiz U-23 dünya çempionatında mübarizəyə başlayırlar

Dünya çempionatı İspaniyanın Pontevedra şəhərində start götürəcək.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürəcək U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
Çempionatın ilk yarış günündə Nihad Quluzadə (55 kq) dörddəbir final mərhələsində Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək. Ziya Babaşov (63 kq) səkkizdəbir finalda Endi Xuan Suçla (İspaniya) görüşəcək. Laçın Vəliyev (87 kq) eyni mərhələdə Andreas Vaelislə (Estoniya), Sərxan Məmmədov (130 kq) isə Damir Zuparovla (Qazaxıstan) güləşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
Xatırladaq ki, dünya çempionatı oktyabrın 17-dən 23-dək keçiriləcək.