SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şarl Mişel Aİ missiyasının sərhəddə yerləşdirilməsini alqışlayıb

Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək.
Sputnik
BAKI, 17 oktyabr - Sputnik. Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışlayıram.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə qeyd edib.
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşünün ardınca monitorinq missiyasının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimadın yaradılmasına xidmət edəcək”, - paylaşımda qeyd edilir.
Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək.
Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədi üzrə mülki missiyası artıq Ermənistandadır.
O bildirib ki, bu gün keçirilən iclasda Aİ-nin XİN başçıları Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsinə “yaşıl işıq yandırdılar”.
SİYASƏT
Borrell: Aİ qısa vaxtda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək