MƏDƏNİYYƏT

Hansı ölkələr Eurovision 2023-də iştirakdan imtina edib

Bəzi dövlətlər beynəlxalq musiqi layihəsinə öz nümayəndələrini göndərməmək qərarına gəliblər.
Sputnik
BAKI, 17 oktyabr - Sputnik. Bəzi ölkələr Liverpulda keçiriləcək "Eurovision 2023" beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib.
Bolqarıstan layihədə iştirak etmək istəmir, çünki müsabiqə artıq bu ölkə üçün maraq kəsb etmir.
Monteneqronun imtinası müsabiqə xərcləri ilə bağlıdır. Bundan əlavə, Monteneqronun RTCG yayım şirkəti xəbər verib ki, sponsorlar bu tədbirə investisiya qoymaq niyyətində deyillər.
Şimali Makedoniya imtinanın əsas səbəbi kimi iqtisadi və enerji böhranını, həmçinin yüksək xərcləri göstərib. Bundan əlavə, Bosniya və Herseqovina da maliyyə problemləri ilə üzləşib.
Bu günə kimi “Eurovision 2023”də 34 ölkə, o cümlədən gələn il müsabiqədə təmsilçisi müəyyənləşəcək Azərbaycan da iştirakını təsdiqləyib.
Qeyd edək ki, müsabiqənin birinci və ikinci yarımfinalları 9 və 11 may, final isə 2023-cü il mayın 13-də keçiriləcək.