BAKI, 16 oktyabr - Sputnik. Naftalan neftini ilkin balans ehtiyatı 1 milyon 165 min ton olub, ilkin çıxarıla bilən ehtiyatları 117 min tondur. Bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov deyib.
O bildirib ki, Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə edilməsi nəzərdə tutulub. İlk belə quyunun 2023-cü ildə 3500 metr dərinliyində qazılmasını planlayırıq.
Xatırladaq ki, Naftalan nefti Azərbaycanın təbii sərvətlərindən biridir. Onun insan orqanizmindəki xəstəliklərin müalicəsində faydası çox böyükdür. Naftalan neftindən əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində istifadə edilir.
Naftalan nefti güclü iltihab əlyhinə, ağrıkəsici, allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı digər effektiv təsirlərə də malikdir.
Naftalanla müalicə sonsuzluğun aradan qaldırılmasında da effektli təsir göstərir. Dərmandan fərqli olaraq naftalan neftinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur.
Naftalan müalicəvi neft yatağı Kiçik Qafqazın ətəklərində, Goran dəmir yolu stansiyasından, Gəncə şəhərindən cənub-şərqdə aralıda yerləşir. Dünyada müalicəvi xassəli yeganə neft yatağıdır və özü də çoxdan məlumdur.