BAKI, 16 oktyabr - Sputnik. Avropa görünməmiş miqyasda enerji şoku yaşayır. “la Repubblica” bu barədə İtaliyanın “Nomisma Energia” analitik şirkətinin rəhbəri Davide Tabarellinin sözlərinə istinadən xəbər verir.
Analitik onu da qeyd edib ki, İtaliyada elektrik enerjisi haqqı demək olar ki, iki dəfə artıb.
"Əvvəllər heç vaxt görülməmiş şeylər baş verir. Oktyabr ayında biz ilin əvvəlindən bəri eyni səviyyədə qalan tariflərin, demək olar ki, ikiqat artmasını müşahidə edirik", - deyə qeyd edib.
Tabarelli onu da bildirib ki, italyanlar qarşıdakı qışda normallaşdırılmış qaz istehlakına hazırlaşmalıdırlar.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqına regionda enerji böhranının həlli üçün dörd variant təklif etdiyi bildirilib.