İDMAN

Topa ilk zərbəni Gəncə terrorunda valideynini itirmiş uşaq vuracaq

Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək "Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.
Bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov özünün Facebook səhifəsində paylaşım edib.
Qeyd edək ki, oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisi saat 15:00-da başlayacaq (Report).