BAKI, 14 oktyabr — Sputnik. Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşü başlayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib: "Bu gün bu mövzu ətrafında danışmaq və liderlərimizə imzaladıqları bəyanatların icrası ilə bağlı nə hesabat verməyimiz üçün çox əlverişli fürsətdir".
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, biz öz tərəfimizdən münaqişədən sonrakı nizamlama prosesində xarici işlər nazirlərinin birbaşa məsuliyyət daşıdığı məsələyə - sülh müqaviləsi məsələsinə xüsusi diqqət yetirəcəyik".
Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.