BAKI, 13 oktyabr - Sputnik. Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edib. Oyunda hesab açılmaylb - 0:0.
Xatırladaq ki, bu komandaların Yunanıstandakı oyunu 3:0 "Qarabağ"ın qələbəsi ilə başa çatmışdı.
Bu görüşdən sonra Ağdam klubunun 7 xalı var. Bugünkü oyundan sonra “Qarabağ” avrokubokların pley-offuna vəsiqəni təmin edib.
Qrupun digər oyununda "Frayburq" (Almaniya) "Nant"a (Fransa) qalib gəlib - 4:0. Dörd turdan sonra "Frayburq" 12 xalla liderdir. "Nant"ın 4, "Olimpiakos"un 1 xalı var.
Bu, Azərbaycan futbolu tarixində ikinci avrokubok baharı olacaq. “Qarabağ” ötən mövsümdə Konfrans Liqasında pley-off oynayıb.
Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında pley-off 2023-cü ilin fevralın 16-da və 23-də keçiriləcək. Avropa Liqasının 1/8 finalı martın 9-da və 16-da oynanılacaq.