BAKI, 13 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin dövlətlərin maliyyə suverenliyini gücləndirəcək ölkələr arasında qarşılıqlı hesablaşmalar üçün milli valyutalardan daha fəal istifadə edilməsinin zəruriliyini açıqlayıb.
RİA Novosti xəbər verir ki, Astanada keçirilən sammitdə çıxış edən Rusiya lideri “onilliklər ərzində özünü “qızıl milyard” adlandıranlara... başqasının hesabına yaşamağa imkan verən” qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxılmasını təklif edib.
“Birinci addım olaraq biz qarşılıqlı hesablaşmalarda milli valyutaların daha aktiv istifadəsini görürük”, - deyə bildirib.
Onun sözlərinə görə, bu cür tədbirlər dövlətlərin maliyyə suverenliyinin gücləndirilməsinə, daxili kapital bazarlarının inkişafına və regional inteqrasiyanın dərinləşməsinə kömək edə bilər.