Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Milli valyutalardan hesablaşmalarda daha səmərəli istifadə etmək lazımdır - Putin

© Sputnik / Илья ПиталевVI саммит СВМДА в Астане
VI саммит СВМДА в Астане - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Rusiya lideri bildirib ki, qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxılmasında ilk addım qarşılıqlı hesablaşmalarda milli valyutaların daha aktiv istifadəsi ola bilər.
BAKI, 13 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin dövlətlərin maliyyə suverenliyini gücləndirəcək ölkələr arasında qarşılıqlı hesablaşmalar üçün milli valyutalardan daha fəal istifadə edilməsinin zəruriliyini açıqlayıb.
RİA Novosti xəbər verir ki, Astanada keçirilən sammitdə çıxış edən Rusiya lideri “onilliklər ərzində özünü “qızıl milyard” adlandıranlara... başqasının hesabına yaşamağa imkan verən” qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxılmasını təklif edib.
“Birinci addım olaraq biz qarşılıqlı hesablaşmalarda milli valyutaların daha aktiv istifadəsini görürük”, - deyə bildirib.
Onun sözlərinə görə, bu cür tədbirlər dövlətlərin maliyyə suverenliyinin gücləndirilməsinə, daxili kapital bazarlarının inkişafına və regional inteqrasiyanın dərinləşməsinə kömək edə bilər.
Xəbər lenti
0