SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir

Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. "Orta dəhliz"in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə deyib.
Prezident İlham Əliyev AQFET sammitinə dəvətə və qazax xalqına xas qonaqpərvərliyə görə Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib: "Qardaş Qazaxıstana səfər etdiyimə görə çox şadam. Sizi həm də baş tutmuş sammitin yaxşı nəticələrinə görə təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür".
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
Xatırladaq ki, sonuncu dəfə avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycana səfər edib.
"Biz bu görüşdə əməkdaşlığın müxtəlif sahələrində dövlətlərimizin qarşılıqlı fəaliyyətinin demək olar bütün məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik". Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
SİYASƏT
İlham Əliyev Qazaxıstan lideri ilə görüşüb