BAKI, 13 oktyabr - Sputnik. Ermənistan Dövlət Gəlirləri Komitəsi Krım körpüsünü partladan yük maşının ölkə ərazisinə girişini, yoxlanışını və ölkədən çıxışını göstərən videoları yayıb.
Sputnik Ermənistan-ın EDGK-yə istinadla yaydığı kadrlarda yük maşınının sentyabrın 27-də Gürcüstandan Ermənistanın “Baqrataşen” nəzarət-buraxılış məntəqəsinə daxil olduğu görünür.
Sonra yük maşını rentgendən yoxlanışından keçir və gömrükçülər ona keçid icazəsi verir.
Qeyd edək ki, Ermənistan MTX Krım körpüsündə partlayışla bağlı cinayət işi qaldırıb.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş vermiş partlayışın təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi olması və işlə bağlı 8 nəfərin həbsi ilə bağlı məlumat yayıb. Həmçinin o da qeyd olunub ki, həbs olunanların arasında Ermənistan vətəndaşı da var.