BAKI, 11 oktyabr — Sputnik. Martın 21-dən sentyabrın 22-dək Astara gömrük məntəqəsi vasitəsilə İrandan qeyri-neft məhsullarının ixracı 239 milyon dollar təşkil edib. Bunu İran iqtisadiyyat nazirliyinin Astara gömrüyündəki nümayəndəsi Əli Hüseyn Zolqədri bildirib.
Onun sözlərinə görə, bu dövrdə 402 min tondan çox qeyri-neft məhsulu ixrac edilib. Onların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz, ixrac olunmuş məhsulların dəyəri isə 5 faiz artıb.
Zolqədri qeyd edib ki, ixrac olunan mallar arasında əsasən kənd təsərrüfatı məhsulları, o cümlədən, neft-kimya, minerallar, plastik məmulatlar, kafel, keramika, tikinti daşları, süd məhsulları, su və plastik məmulatlar var.
Malların əsas istiqamətləri Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ukraynadır.