CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AYB qurultay keçirmək üçün bankdan kredit götürüb

Anar Rzayev bildirib ki, pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borclarını bağlayacaqlar.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev qurumun növbəti qurultayının keçirilməsi üçün kredit götürülməsi ilə bağlı məlumatı təsdiqləyib.
Sputnik Azərbaycan-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Anar Rzayev qurultayın keçirilməsinə maliyyə lazım olduğunu bildirib:

"Düzdür, kredit götürmüşük. Çünki bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacağıq".

Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinin növbəti qurultayının keçirilməsi üçün kredit əldə etdiyi bildirilib. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza isə kredit alınması barədə məlumatın həqiqəti əks etdirmədiyini deyib.
Xatırladaq ki, AYB-də qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb.