İDMAN

“Qarabağ” klubu dünya sıralamasında neçənci yerdə qərarlaşıb?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos”da geriləmə müşahidə olunub. Y
Sputnik
BAKI, 10 oktyabr - Sputnik. Klubların dünya sıralaması müəyyənləşib.
IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın bir klubu yer alır.305 klubun qərarlaşdığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Ötən ay reytinqdə geriləyən “Qarabağ” bu dəfə yerində qalıb. Ağdam təmsilçisi aktivindəki 130,5 xalla 91-ci pillədədir.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos”da geriləmə müşahidə olunub. Yunanıstan təmsilçisi bir ay ərzində 63-cü yerdən 109-cu pilləyə düşüb. Ondan fərqli “Frayburq” (126-cı yerdən 83-cü pilləyə) və “Nant” (151-ci yerdən 130-cu pilləyə) cədvəldə irəliləyib.
Reytinq cədvəlində lider dəyişməyib. Braziliya klubu “Palmeyras” (308 xal) zirvədəki yerini, Cənubi Amerika ölkəsinin digər təmsilçisi “Flamenqo” (301) isə ikinciliyini qoruyub. Yalnız İspaniya “Real”ı iki pillə irəliləyərək (280) 3-cülüyə qədər yüksəlib. İngiltərə klubları “Mançester Siti” 4-cü (272), “Liverpul” (271) isə 5-ci yerdədir (Apasport).
İlk “10-luğ”da digər pillələrdə müvafiq olaraq “Çelsi” (İngiltərə), “Atletiko Paranaense” (Braziliya), “Reyncers (Şotlandiya), “Atletiko Mineyro” (Braziliya) və “İnter” (İtaliya) qərarlaşıb.