BAKI, 10 oktyabr - Sputnik. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
Bu barədə azərbaycanlı nazir özünün Twitter hesabında yazıb.
"Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının hazırkı vəziyyəti və genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.
Xatırladaq ki, Bakıda səfərdə olan Moldovanın Baş naziri Natalya Qavrilitsa bu gün Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşüb. Hər iki görüşün əsas mövzusu Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın burada oynadığı rol olub.