AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda baş verən yanğın və partlayışların statistikası açıqlandı

Bildirilib ki, bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. 2022-ci ilin I yarımilliyi ərzində Azərbaycanda 933 yanğın hadisəsi baş verib, 37 nəfər həlak olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın zamanı 130 nəfər xəsarət alıb: "Bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur".
Müvafiq dövr ərzində Azərbaycanda 34 partlayış hadisəsi olub, 11 nəfər ölüb.
Qeyd olunub ki, partlayışlar zamanı 70 nəfər xəsarət alıb: "Bu da 2021-ci ilin I yarımilliyi ilə müqayisədə 9 hadisə və ya 21% azdır".
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
FHN-in yaydığı xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğınla nəticələnən partlayışın beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verdiyi və yanğının hər an genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.