BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.
Federasiyadan verilən məlumata görə, finalda 17 idmançı ilə mübarizə aparan avarçəkəni dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan Dimçenko fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Birinci yeri Fransa, 3-cü yeri isə İsveç təmsilçisi tutub.
Qeyd edək ki, Diana Dimçenko 2018 və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.