HƏRBİ

Qırğızıstan KTMT çərçivəsində “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqladı

Nazirlik 10-14 oktyabr tarixlərində Balıqçı şəhərində (İssık-Kül vilayəti) keçirilməsi nəzərdə tutulan komanda-qərargah təlimlərinin ləğv edilməsinin səbəblərini açıqlamayıb.
Sputnik
BAKI, 9 oktyabr - Sputnik. Qırğızıstanın Müdafiə Nazirliyi KTMT çərçivəsində “Sarsılmaz qardaşlıq” təlimlərinin ləğv edildiyini açıqlayıb
Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin sülhməramlı qüvvələrinin 10-14 oktyabr tarixlərində respublika ərazisində keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq-2022” komanda-qərargah təlimlərinin keçirilməsini ləğv edib. Bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat verib.
“KTMT çərçivəsində “Sarsılmaz Qardaşlıq” təlimləri ləğv edilib”, - deyə mətbuat xidmətinin sözçüsü bildirib.
Nazirlik 10-14 oktyabr tarixlərində Balıqçı şəhərində (İssık-Kül vilayəti) keçirilməsi nəzərdə tutulan komanda-qərargah təlimlərinin ləğv edilməsinin səbəblərini açıqlamayıb.
Xatırladaq ki bu yaxınlarda bildirilib ki, KTMT Qırğızıstan ərazisində sülhməramlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2022” komanda-qərargah təlimlərinin və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Təlimlərə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilərin dəvət olunması planlaşdırılırdı.
KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
***
Xatırladaq ki, bundan əvvəl də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qazaxıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub.
Qazaxıstan Müdafiə Nazirliyi də “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təliminin ləğvinin səbəbi açıqlanmayıb.
“Sarsılmaz Qardaşlıq – 2022” çərçivəsində sülhməramlı əməliyyatının keçirilməsi və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı.
HƏRBİ
KTMT-nin Qazaxıstanda keçiriləcək “Sarsılmaz Qardaşlıq – 2022” hərbi təlimi ləğv olunub