"Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetində hazırlanır. Proses başa çatdırıldıqdan və qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir və hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir", - deyə o qeyd edib.
"İanələrin onlayn qəbulu şəffaflıq və rahatlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin müasir dövrün çağırışıdır. Bir çox sahələr elektronlaşdırılıb. Əgər ianə nağd formada ediibsə, nəzir qutuları açıldıqdan sonra müvafiq komissiyanın iştirakı ilə aktlaşdırılacaq. Bu zaman hesabatlılıq olacaq. Vətəndaş da istəyər ki, ianəsi düzgün şəkildə istifadə edilsin. Bu sahədə hesabatlılığın olması vacibdir. Bu komissiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də təmsil olunacaq".