İDMAN

AVRO-2024-də Azərbaycan və Türkiyə millilərinin rəqibləri bəlli olub

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Türkiyə isə Ermənistanla eyni qrupa düşüb.
Sputnik
BAKI, 9 oktyabr - Sputnik. Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
"Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Qrupların tərkibi belədir:
A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, Kipr
B qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, Cəbəllütariq
C qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, Malta
D qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, Latviya
E qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, Moldova
F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya
G qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, Litva
H qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, San Marino,
İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, Andorra
J qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşeyn.
Qardaş Türkiyənin milliləri Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır.
Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq (Report).
Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.