BAKI, 9 oktyabr - Sputnik. Almaniya kansleri Olaf Şoltsla ABŞ Prezidenti Cozef Bayden telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəliblər.
Bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, liderlər Donbasda keçirilən "referendumlar"ı pisləyiblər.
Bayden və Şolts danışıqlar zamanı bununla bağlı BMT Nizamnaməsinin prinsiplərinin ciddi şəkildə pozulmasına işarə ediblər.
Tərəflər, həmçinin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa və silahlı qüvvələrini Ukraynanın bütün ərazisindən tamamilə çıxarmağa çağırıblar. Onlar vurğulayıblar ki, Birləşmiş Ştatlarla Almaniya suverenlik və ərazi bütövlüyü uğrunda Ukraynanı dəstəkləməyə davam edəcək.
Almaniya kansleri Olaf Şolt və ABŞ prezidenti Co Bayden bazar günü telefon danışığı zamanı G7 və G20-yə hazırlığı, həmçinin Ukraynadakı münaqişənin nəticələrini və Şimal axınında təxribatı da müzakirə ediblər.
Bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib.
"Bu gün günortadan sonra kansler Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefonla danışdı. Bir saatdan az davam edən söhbət Rusiyanın Ukraynaya müdaxiləsini və Rusiyanın Ukraynaya müdaxiləsinin nəticələrini aradan qaldırmağı müzakirə edəcək G7 və G20-nin qarşıdakı görüşlərinə hazırlıqlara həsr olunub", - bəyanatda deyilir.
Şolts və Bayden həmçinin “münaqişənin gərginləşməsini” pisləyiblər. “Moskvanın nüvə silahı ilə bağlı hədələyici jestlərini” tənqid edib, onları “məsuliyyətsizlik” adlandırıblar. Qeyd ediblər ki, bu, Rusiya üçün son dərəcə ciddi nəticələrə gətirib çıxaracaq.
Onlar Rusiyanın “artan beynəlxalq təcridindən” də danışıblar.
Bundan əlavə, ABŞ və Almaniya liderləri yenidən Ukraynaya dəstəyini, həmçinin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəklərini bəyan ediblər.
Bundan əlavə, Almaniya kansleri və ABŞ prezidenti “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə qarşı təxribatları pisləyiblər. Bildiriblər ki, kritik infrastrukturun məqsədyönlü şəkildə pozulması “qəbuledilməzdir” və cavab tədbirləri görülməsinə səbəb olacaq.