BAKI, 8 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin mühafizəsi üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyətini Federal Təhlükəsizlik Xidmətinə (FTX) həvalə edib. Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə Kerç boğazı ilə nəqliyyat keçidinin, Rusiya Federasiyası yarımadasının Krım elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı - Krım magistral qaz kəmərinin istismarı zamanı mühafizə tədbirlərinin təşkili və əlaqələndirilməsi səlahiyyəti həvalə edilsin", - deyə fərmanın mətnində bildirilir.
Şənbə günü səhər saatlarında Rusiyanın Milli Antiterror Komitəsi (MTK) oktyabrın 8-də səhər tezdən Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq sisterninin yandığını bildirib.
Körpünün iki avtomobil yolu zolağı qismən çöküb. Onun gəmilərin hərəkəti üçün olan hissəsinin üstündəki tağ zədələnməyib. Rusiya Federasiyası İstintaq Komitəsinin ilkin məlumatlarına görə, partlayış nəticəsində 3 nəfər həlak olub.