BAKI, 8 oktyabr - Sputnik. Bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Xəbərə görə, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu, 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu və 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu xəsarət alıb.
Zərərçəkən şəxslər Bərdə rayon xəstəxanasına yerləşdirilib. Əliyev Ramin Əmir oğlu və Nəcəfov Pərviz Sozalı oğlunun bir ayağı diz nahiyesindən amputasiya edilib.
Abdulxalıqov Səxavət Ələddin oğlu isə sağ əlindən yüngül xəsarət alıb.
"Bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırırıq", - məlumatda deyilir.
Qeyd edək ki, hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.