AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanlı deputatlar AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

Sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması və digər məsələlərə baxılacaq
Sputnik
BAKI, 8 oktyabr-Sputnik. Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcəklər. Bu barədə Milli Məclisdən məlumat verilib.
Sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.
Nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər. Səfər oktyabrın 16-da başa çatacaq.
Qeyd edək ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2022-ci il payız sessiyası oktyabrın 10-dan 14-dək keçiriləcək.