BAKI, 7 oktyabr - Sputnik. Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu 0:3 hesabl ilə başa çatıb. Beləliklə, "Qarabağ" rəqibini darmadağın edib.
"Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edib.