RUSİYA

Rusiya Bakı və İrəvana hərtərəfli təkliflərini verib - RF XİN sözçüsü

Mariya Zaxarova deyib ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir.
Sputnik
BAKI, 6 oktyabr - Sputnik. Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir:
“Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusilə sentyabrda belə səfərlər olub”.
Zaxarova qeyd edib ki, Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması tam balanslaşdırılmış deyil. Bəzi qərb vasitəçilərini isə ümumiyyətlə sülh üzrə vasitəçi adlandırmaq olmaz.
“Rusiya vəziyyətin kəskin pozulmasına səbəb ola biləcək geosiyasi oyunlara qarşıdır”, - deyə Zaxarova əlavə edib.
RUSİYA
Rusiya XİN-dən BMT Baş Katibliyinin qərarlarına sərt reaksiya