BAKI, 6 oktyabr - Sputnik. Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn "Qarabağ" azarkeşləri hücuma məruz qalıb.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Report-a verdiyi məlumata görə, 20-ə yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.
Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.
"Qarabağ"ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.
Qeyd edək ki, "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayıb.