BAKI, 4 oktyabr — Sputnik. AFFA Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı qərar verib.
Assosiasiyanın İcraiyyə Komitəsi Canni De Byazini postunda saxlayıb, onun müqaviləsi uzadılıb. Beləliklə, Canni De Byazi daha bir seçmə mərhələdə yığmamıza başçılıq edəcək.
Canni De Byazi AVRO-2024-ün seçmə oyunlarında millinin yanında olacaq.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan millimizin baş məşqçisidir.
Xatırladaq ki, futbolçu karyerasını 1990-cı ildə sona çatdıran Canni De Byazi 22 sentyabr 2017-ci ildə İspaniyanın "La Liqa"sında çıxış edən "Alaves" klubunun baş məşqçisi təyin olunub. O, həmin ilin noyabr ayının 27-də bu vəzifəsindən azad edilib.