“Tranzitin özü Avropa sanksiyaları ilə qadağan olunmur, ona görə də burada söhbət daha çox xidmətdən gedir. Eyni zamanda, “Qazprom” bəyan edib ki, ümumilikdə Rusiya texnikasının köməyi ilə “Türk axını”na xidmət edə və saxlaya bilər və heç bir total çətinlik yoxdur. Belə ki, qaz kompressor stansiyalarında Rusiyanın “Ladoga” turbinləri quraşdırılıb və “Qazprom”un fikrincə, burada heç bir problem olmamalıdır", - deyə Yuşkov Sputnik Azərbaycan-a bildirib.
“Bundan başqa, Avropa ölkələri hələ də Rusiya qazına maraq göstərir. Türk axını ilə Türkiyə ərazisindən və Qara dənizdən keçir, sonra Balkan axınına çevrilərək Yunanıstan, Serbiya, Macarıstana daxil olur. Bolqarıstan rəsmi olaraq Rusiya qazını almır, çünki ölkə sxemə görə rublla ödəniş etməkdən imtina edib, lakin Bolqarıstan de-fakto Rusiya qazını hələ də qonşuları vasitəsilə alır", - deyə Mitraxoviç Sputnik Azərbaycan-a bildirib.