İDMAN

Braziliyalı idmançı Azərbaycan millisinə çağırılıb

Yenidən milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşən təcrübəli oyunçu Amadeu sevincini gizlətməyib.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Braziliyalı futzalçı Amadeu 3 illik fasilədən sonra Azərbaycan millisinə dəvət alıb.
32 yaşlı hücumameylli yarımmüdafiəçi 2024-cü il dünya çempionatının əsas mərhələsində Polşa və Yunanıstana qarşı keçiriləcək oyunlara çağırılıb.
Hazırda ölkəsinin "Marreko" klubunda çıxış edən vinger sonuncu dəfə 2019-cu ildə yığmanın formasını geyinib.
"Report" xəbər verir ki, yenidən milliyə dəvət olunması ilə bağlı təəssüratlarını bölüşən təcrübəli oyunçu sevincini gizlətməyib: "Seçmə mərhələdə oynamaq üçün çox işlədim. Azərbaycanda hər zaman mənə dəyər veriblər".
Qeyd edək ki, 6-cı qrupda yer alan Azərbaycanın futzal millisi oktyabrın 7-də Bakıda Polşa ilə, bundan 4 gün sonra isə Afinada Yunanıstanla qarşılaşacaq.